Abşeron yarımadasının günəşli sahilləri boyunca 72 hektarlıq ərazidə yerləşən Bilgah Estates Villa Resort ərazisindəki villaların bir çox hissəsinin havalandırma və isitmə sisteminin layihələndirilməsi şirkətimizin layihəçiləri tərəfindən hazırlanmışdır. Layihələndirmə işi tamamlandıqdan sonra şirkətimiz tərəfindən havalandırma, qazanxana eyni zamanda su kanalizasiya sistemləri qurularaq təhvil verilmişdir.
Şəmkir şəhərinin girişində yerləşən bayraq meydanı 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb.